20 yaşlı gənc tanışı tərəfindən bıçaqlandı

KRİMİNAL 18 apr 2020, 11:32

Tərtərdə 20 yaşlı oğlan bıçaqlanıb.


Demokrat.az xəbər verirki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.


Bildirilir ki, hadisə ötən gün axşam saatlarında Tərtər şəhəri, Mehdi Hüzeyzadə küçəsində qeydə alınıb.


Sözügedən ünvanda 2000-ci il təvəllüdlü M.Sadıqov ilə tanışı E.Ocaqverdiyev arasında mübahisə yaşanıb. E.Ocaqverdiyev mübahisə zəminində M.Sadıqova bir neçə bıçaq zərbəsi vurub.


Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qansızma və ağciyər pərdəsinin deşilməsi diaqnozu qoyulub.


Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma apraılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top