İrandan Azərbaycana gələn qadınların şok əməlləri — Narkotiki cinsiyyət orqanlarında keçirmək istədilər... (TƏFƏRRÜAT)

KRİMİNAL 17 apr 2020, 16:12

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Samirə Əlipaşayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Samirə Əlipaşayeva və İlayə Əliyeva külli miqdarda narkotik vasitə olan heroini İran İslam Respublikasından Azərbaycana gətirmək barədə istintaqa adları məlum olamayan İran vətədşaları ilə razılığa gəliblər.


Daha sonra onlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində cinayətkar qrupun digər üzvünə təhvil verilməsi, yəni satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və İran İR-dən Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə əvvəlcədənrazılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib.


Bundan sonra Samirə Əlipaşayevanın göstərişi ilə İlayə Əliyeva təhvil aldıqları iki ədəd bükümdə ayrı-ayrılıqda 85,802 qram və 81,612 qram, ümumi təmiz çəkisi 167,414 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra heroin) bir ədəd bükümünü cinsiyyət orqanında, digər bir ədəd bükümünü düz bağırsağında yerləşdirib.


Daha sonra Samirə Əlipaşayeva və İlayə Əliyeva ilə birlikdə İran İslam Respublikasının Biləsuvar gömrük postuna gəliblər. Bu hərəkətləri ilə Samirə Əlipaşayeva İlayə Əliyevaya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şərait yaradıb.


İlayə Əliyeva Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan  piyada keçid xəttindəki Azərbaycan Respublikasının ərazisinə keçərkən yaxalanıb. Onun cinsiyyət orqanından və duz bağırsağından narkotik vasitə aşkar olunaraq götürülüb.


İstintaq orqanı tərəfindən Samirə Əlipaşayeva və İlayə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Əlipaşayeva və İlayə Əliyevanın hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Samirə Əlipaşayeva apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


Samirə Əlipaşayevanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Samirə Əlipaşayevanın şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top