Bakıda vətəndaşları girov götürən dəstənin üzvü ələ keçdi — ŞOK

KRİMİNAL 17 apr 2020, 10:32

Bakıda vətəndaşları girov götürməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvü həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Abdullayev Fərid Novruzəli oğlu paytaxtın Xətai rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.


Onun barəsində Cinayət Məcəlləsinin 215.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adamları girov götürmə), 215.2.3-cü (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adamları girov götürmə), 215.2.4-cü (odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adamları girov götürmə), 215.2.7-ci (adamları girov götürmə, iki və ya daha çox şəxs barəsində törədildikdə) və 215.2.8-ci (adamları girov götürmə, tamah niyyəti ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top