Bakıda şok olay: Yetkinlik yaşına çatmayan qıza təcavüz edildi

KRİMİNAL 13 apr 2020, 14:34

Bakının Xətai rayonunda qadına təcavüz edən şəxs tutulub.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Orxan Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.


Onun yetkinlik yaşına çatmayan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üzə çıxıb.


İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.


Orxan Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai rayon Məhkəməsinə istintaq orqanı tərəfindən müraciət olunub.


Hakim Pərviz Zamanlının sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.


Orxan Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Hazırda istintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top