Məhkəmə adam oğruları ilə bağlı qərar verdi

KRİMİNAL 13 apr 2020, 09:48

Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri - Fəqan Eminoğlu, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Vasif Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Xətai rayon Məhkəməsində hakim Pərviz zamanlının sədrliyi ilə keçirilən prosesdə q    ərar qəbul edilib.


Qərara görə, istintaq orqanını vəsatəti təmin olunub və təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir ay artırılıb.


Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi, Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.


Xətai rayon sakini H.Əsgərov ötən il sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib.


Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Şaiq Hüseynov və 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.


Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü Niyaməddin Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər.


Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.


Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Şaiq Hüseynov, Fəqan Eminoğlu, Vasif Allahverdiyev, A.Abbasova, Niyaməddin Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.


İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsininin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.


Hazırda Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq hərəkətləri davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top