Fransada 12 mindən çox insan koronavirusdan öldü

DÜNYA 09 apr 2020, 23:50

Fransada bir gün ərzində koronavirusdan 424 nəfər dünyasını dəyişib.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.


O, qeyd edib ki, ölkədəki xəstəxanalar, tibbi və sosial təşkilatlardakı koronavirus qurbanlarının sayı 12 mini ötüb. Belə ki, martın 1-dən Fransa xəstəxanalarda 8 044 nəfər ölüb. Dünyasını dəyişənlərin 42 faizi 70 yaşdan yuxarı olan şəxslərdir.


Salomon, epidemiyanın başlandığı gündən bəri qocalar evlərində 4 166 nəfərin öldüyünü diqqətə çatdırıb:


“Beləliklə, Fransada ölənlərin ümumi sayı 12 210 nəfərə çatıb”- deyə, o bildirib.(Medicina.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top