Heydər Əliyev Mərkəzindən Rusiyaya DƏSTƏK

HADİSƏ 10 apr 2020, 00:08

Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub.


Demokrat.az xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.


Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.


Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top