İlqar Məmmədov: “Şərtlərə görə 190 manat yardım hamilə kişilərə düşür”

GÜNDƏM 09 apr 2020, 23:07

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin srağagünkü mətbuat konfransına xalq yaradıcılığı belə nümunələrlə cavab verdi:

 
1. Deyir qoyulan şərtlərə görə 190 manat yardım hamilə kişilərə düşür.
 

2. Elan: 190 manatlıq müavinəti ala biləcək şəxs axtarılır. İmza: Ginnesin rekordlar kitabı.
 

3. Ailədə biri əsgər getsə, digərlərini aparmırlar?
 

4. Covid-190.
 

5. Bir dəli quyuya 190 manat atdı, 10 milyon ağıllı çıxara bilmir
 

6. Zəng elə gör xalangil 190 manatı ala bilir?
 

7. Göstərib vermir, 190 manatı.
 

8. Gör indi bunlar 190 yox 200 versəydilər nə hoqqalardan çıxardılar.
 

9. Ailədən biri prezident secilibsə, digərlərinə seçilmək düşmür.
 

10. 190 manatı almağa 190 şərt qoyublar.
 

11. Xoşqədəmə deyin, tapsın kimə vermək lazımdır 190 manatı
 

12. Əhalinin 190-la oynamayın.
 

13. 190 azn almaq istəyirsinizsə adınız it dəftərində belə olmamalıdır
 

14. Onsuz da vermirsən, bunu 190 yox, 590, 790 elə, çox görünsün
 

15. İnstagramı olan facebook istifadəçiləri də yardım pulu almayacaq.
 

16. - Sənin başın işləyir?

- Əlbəttə.

- Onda sizdə də işləyən var, deməli sizə yardım düşmür.
 

17. 190 manatı hökumətdən qopara bilən qoçaq oğlana ərə gedəcəm.
 

18. 190 manatı hökumətdən qopara bilən qoçaq qızla evlənəcəm.

 

İlqar Məmmədov

ReAl Partiyanın sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top