Pakistandan Ermənistana növbəti ZƏRBƏ

SİYASƏT 09 apr 2020, 22:05

“Martın 31-də Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.


Demokrat.az-ın xəbərinə görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Aişə Faruki deyib.


O bildirib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.


XİN rəsmisi Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinin münaqişənin sülh yolu ilə həll olunması məqsədilə aparılan danışıqlara xələl gətirdiyini də vurğulayıb.(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top