Polis rəisinin müavini xidməti maşınla qəza törətdi

HADİSƏ 09 apr 2020, 19:43

Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az-ın məlumatına görə, hadisə ötən gün qeyd alınıb.


Belə ki, Gəray Məmmədov Bakıdan Goranboya gedən zaman Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində xidməti maşınla karantin postunda qəza törədib.


Hadisə zamanı xəsarət alan olmayıb.


Qeyd edək ki, G.Məmmədov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top