Vilayət Eyvazov yeni rəisi təyin etdi

SOSİAL 09 apr 2020, 16:35

Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə yeni rəis təyin olunub.


Demokrat.az xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Əmrə əsasən polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub.


Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top