Gəncədə əxlaqsızlıq yuvası aşkarlandı — Polisdən ŞOK ƏMƏLİYYAT (ÖZƏL)

HADİSƏ 09 apr 2020, 16:03

Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Vidadi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Zaur Hüseynovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin olunub.


İttihama görə, Vidadi Məhərrəmov Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil edib. O, bir neçə qadından ibarət qarup yaradıb və onları ayrı-ayrı kişilərlə görüşməsini təşkil edib.


Bunun müqabilində Vidadi Məhərrəmov maddi gəlir əldə edib.


Polisin keçirdiyi əməliyyat nəticəsində Vidadi Məhərrəmov həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top