Kral ailəsinin 150 üzvü koronavirusa YOLUXDU

DÜNYA 09 apr 2020, 20:48

Səudiyyə Ərəbistanı kralının ailəsində 150 nəfər koronavirusa yoluxub. 


Demokrat.az xəbər  verir ki, bu barədə “The New York Times” yazıb. 


Məlumata görə, 84 yaşlı kral Salman ibn Əbdüləziz Ciddə yaxınlığındakı bir adada yerləşən sarayında karantinə alınıb.


Bildirilir ki, paytaxt Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz Səud da COVİD-19-a yoluxub. 


Hazırda ailə üzvlərinin müalicə aldığı Kral Faysal Mütəxəssis Xəstəxanasında çalışan həkimlərin həyəcan siqnalı çaldığı və lazımi hazırlıqlara başladığı qeyd olunur.


Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2,932 yoluxma faktı aşkarlanıb, onlardan 41-i ölümlə nəticələnib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top