Fəzail Ağamalı seçicilərinin üzləşdiyi problemlərlə bağlı Baş nazirə MÜRACİƏT ETDİ

SOSİAL 09 apr 2020, 15:05

Milli Məclisin bu gün keçirilən plenar yıgıncağına çıxarılan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatilə bağlı rəy və təkliflərimi lakonik şəkildə Milli Məclisin sədri Sahibə xanım Qaforovaya ünvanladım:


Hörmətli Sahibə xanım. Müzakirəyə təqdim olunan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatını tam dəstəkləyirəm və hesab edirəm ki, mükəmməl hazırlanmış hesabat möhtərəm, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin ifadəsidir. Bu gün ölkəmiz dəhşətli və gözə görünməz düşmənlə qarşı qarşıyadır. Əminəm ki, möhtərəm, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyilə bu mücadilədən az itki verməklə çıxacağıq. 


Deputat seçildiyim Salyan rayonunun Xıdırlı kəndinin və Neftçala rayonunun Cəngən inzibati ərazisinin qazlaşmasını, Salyan rayonunun Xələc və Xıdırlı kənd orta məktəblərinin yenidən tikilməsini, Neftçala rayonunun Aşağı Surra tibb məntəqəsinin əsaslı təmirini, hər iki rayonun kəndlərinin telefonlaşdırılmasını cari ilin investisiya proqramında nəzərə alınmasını Cənab Baş nazir Əli Əsədovdan xahiş edirəm. 


Hökumətimimizə ugurlar arzulayıram.


Fəzail Ağamalı 

Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top