Bakıya qəhrəman şəhər adı verilsin — TƏKLİF

SOSİAL 09 apr 2020, 19:30

“Bakı şəhərinə qəhrəman şəhər adının, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”.


Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov deyib.

 
O bildirib ki, yubiley medalı eyni zamanda dünyasını dəyişən şəxslərə də verilsin: “Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı yanacaq ixtira olunub və qırıcı təyyarələrdə bu yanacaqlardan istifadə olunub. Azərbaycanlılar nefti ilə, qanı ilə, canı ilə faşizmə qarşı müharibədə həlledici rol oynayıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top