Məcburi köçkünlərə ŞAD XƏBƏR

SOSİAL 09 apr 2020, 16:22

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.


Demokrat.az-ın xəbərinə görə, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderlərin qalibləri "K.E.-İnşaat" və "Perlit" MMC seçilib. Bu şirkətlərlə ümumi dəyəri 6,76 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.


Müqavilələrə görə, "K.E.-İnşaat" şirkəti tərəfindən Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbəsində 50 ədəd, “Perlit” tərəfindən isə 45 ədəd fərdi yaşayış evləri inşa ediləcək.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top