Bakıda tanımış şirkətin işçisinə cinayət işi AÇILDI

KRİMİNAL 09 apr 2020, 12:55

Bakıda tanımış şirkətin pulunu mənimsəməkdə ittiham olunan şəxsə cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Əmənov Fərhad Rəhman oğlunun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənmsəmə və ya isriaf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Fərhad Əmənov “Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi olub. Ona etibar olunan vəsait mənisənildiyi üçün MMC-nin rəhbərliyi hüquq-mühafizə orqanlarına şikayət edib.


Cinayət işi üzrə “Koroğlu” MMC zərərçəkmiş qismində tanınıb.


Fərhad Əmanovun barəsində olan cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim İlqar Abbasovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top