Azərbaycanda yaşı 65-dən yuxarı olan neçə nəfər var?

SOSİAL 09 apr 2020, 14:59

2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edib.

 
Demokrat.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 
Məlumata əsasən, onlardan  306,8 mini kişi, 413,1 min nəfəri qadındır.


Bildirilib ki, sözügedən  yaş qrupunda olan əhalinin sayı, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki şəhərlərində və Abşeron, Şəmkir, Tərtər, Masallı, Tovuz, Cəlilabad, Xaçmaz, Quba, Bərdə rayonlarında üstünlük təşkil edib.

 
Həmin yaş qrupunda olanların əhalinin ümumi sayında  xüsusi çəkisi isə Bakı, Naftalan, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində və Tərtər, Gədəbəy, Qazax, Qax, Neftçala, Şahbuz, İsmayıllı, Ağstafa, Göygöl, Ordubad, Tovuz, Qusar, Zaqatala rayonlarında ölkənin digər şəhər və rayonlarına nisbətən daha çox olub.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top