Abşeronda hər gün dezinfeksiya işləri aparılır — FOTOLAR

GÜNDƏM 09 apr 2020, 11:06

Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da koronavirus (COVID-19) infeksiyası ilə bağlı epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, önləyici, profilaktik tədbirlər də təxirə salınmadan həyata keçirilir. 


Rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafik əsasında hər gün dezinfeksiya işləri aparılıb. 


Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-Kommunal İstismar sahələrinin əməkdaşları tərəfindən bu gün də Xırdalan şəhəri də daxil olmaqla, rayonun Fatmayı, Görədil, Qobu, Hökməli, Güzdək kəndlərində də geniş dezinfeksiya tədbirləri görülüb. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyulub, sözügedən ərazilərdəki dayanacaqlar, ödəniş terminalları və bankomatlar, o cümlədən fərdi yaşayış evlərinin ətrafları dezinfeksiya olunub.


Rayon ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, aksiya ilə bağlı RİH-də yaradlılan qərargaha 55 çağırış edilib. Ahıllar ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının  ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Bununla da sosial xidmət göstərilən ahılların ümumi sayı 189-a çatıb.  


Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. 


Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. 


Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)


#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top