“Planetin, sanki "sezon finalını" yaşayırıq” — İqtisadçı

GÜNDƏM 09 apr 2020, 09:48

“Virus mərəzinin ən pis tərəflərindən biri odur ki, ölkələri dalğa-dalğa vurur, bir ölkə pik nöqtəni keçən kimi digər ölkədə yayılma sürəti artır”.

 
Demokrat.az
-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
 

N.Cəfərli qeyd edib ki, son həftələr dünyada diqqət İtaliya, ABŞ, Fransa və İspaniyada idi, yaxın 2 həftədə diqqət Britaniya, Belçika, Balkanlar, Rusiya və Türkiyə olacaq: 


“Sonra Yaponiya, Skandinaviya, Belarus diqqət mərkəzinə düşəcək. Ardınca Latın Amerikası, Hindistan, Banqladeş və Afrika gündəm olacaq - bu zəhrimar virus dalğa-dalğa gedib-gəldikcə dünyada əndişə azalmayacaq, sərhədlər tam açılmayacaq, nəticədə dünyada iqtisadiyyatının işə düşməsi gecikəcək. İqtisadiyyatın gec işə düşməsi Dünyaya virusdan heç də az ziyan vurmayacaq - nə isə, əcəb işdi, 4 mlrd. tarixi olan Planetin, sanki "sezon finalını" yaşayırıq. Bizdə də yoluxma sayı artıb, lütfən, bütün izolyasiya və şəxsi gigiyena qaydalarına əməl edin, özünüzü və yaxınlarınızı qoruyun, görək bu işin axırı nə olacaq... Sinqapurda ikinci dalğa başlandığı deyilir - bu gün karantini çox sərtləşdiriblər. Amma Uhanda da tam sərbəsrlik veriblər. Məncə, Çin virusdan çox iqtisadiyyatın daha dərin çökməsindən qorxur deyə bayram havası yaradır. Bəlkə də düz edir, bilmirəm...”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top