“Qocalar evi”ndə yanğın — 4 nəfər öldü

DÜNYA 09 apr 2020, 12:49

Rusiyada gecə saatlarında “Qocalar Evi”ndə baş verən yanğın nəticəsində 15 nəfər reanimasiyaya yerləşdirilib.


Demokrat.az xəbər verir ki, Moskvada baş verən yanğında, ümumilikdə, 16 nəfər xəsarət alıb.


İki nəfərin vəziyyəti kritik, 13 nəfərin ağır, bir nəfərin isə orta ağır qiymətləndirilir.


Faciə nəticəsində dörd nəfərin öldüyü bildirilir.


Faktla bağlı cinayət işi açılıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top