Kennedinin nəticəsinin də meyiti TAPILDI

DÜNYA 09 apr 2020, 11:19

ABŞ-da dalğıclar mərhum senator Robert Kennedinin səkkiz yaşlı nəticəsi Qideonun da meyitini aşkarlayıb.


Demokrat.az-ın məlumatına görə, bu barədə “CNN” polisə istinadən xəbər verib.


Daha əvvəl onun anası, Robert Kennedinin 40 yaşlı nəvəsi Meyv Kennedi Tausend Makkinin meyitinin tapılması barədə xəbər verilirdi.


Polisin açıqlamasına görə, Qideon Cozef Kennedi Makkinin cansız bədəni onun anasının meyitinin tapıldığı yerdən 610 kilometr aralıqda, 7,6 metr dərinlikdə tapılıb.


Xatırladaq ki, aprelin 3-də 40 yaşlı Meyv Kennedi Tausend Makkin və onun 8 yaşlı oğlu Qideon Cozef Kennedi Makkinin itkin düşmələri barədə xəbər verilmişdi. Onlar aprelin 2-də Çesapik körfəzində kanoedə üzərkən itkin düşmüşdülər. Məlumatı itkinin həyat yoldaşı Devid Makkin təsdiqləmişdi. Makkinin sözlərinə görə, uşaqlar sahilyanı evdə topla oynadığı vaxt o, suya düşüb. Onun həyat yoldaşı və oğlu topu götürmək üçün kanoeyə əyləşiblər və, ola bilsin, çox uzağa gediblər və geri dönə bilməyiblər.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top