"Yuventus"dan Ronaldo ilə bağlı SENSASİON QƏRAR

İDMAN 08 apr 2020, 22:50

“Yuventus” klubu ulduz futbolçusu Kristiano Ronaldo ilə bağlı qərarını verib.


Demokrat.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı futbolçunu satmağa qərar verib. Klubun COVİD-19 epidemiyasının onlara verdiyi maddi zərər səbəbi ilə bu addımı atdığı bildirilir. Klub Ronaldonun təzminat qiymətini 57 milyon avro olaraq müəyyənləşdirib. Ronaldo “Yuventus”da illik 31 milyon avro qazanır.


Qeyd edək ki, Ronaldonun "qoca sinyora" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır. (Offsideplus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top