"Azərbaycan koronavirusa qarşı mübarizədə beynəlxalq aləmə nümunədir" — Deputat

SİYASƏT 08 apr 2020, 16:45

“Bu gün Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə təkcə vətəndaşının təhlükəsizliyini və sağlamlığını müdafiə edib, az itki ilə çıxmağı qarşısında hədəf qoymayıb. Azərbaycan eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq aləmə nümunə olaraq, öz töhfəsini verməkdədir. Artıq bunun nəticəsidir ki, bir sıra ölkələr Azərbaycan təcrübəsindən yararlanmaqdadır”.

 

 Demokrat.az xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.


Onun sözlərinə görə, koronavirus pandemiyasının yayılmağa başladığı ilk anlardan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu virusun ölkəmizdə yayılmasının qarşısını almaq, onu nəzarətdə saxlamaq və prosesdən maksimum dərəcədə az itki ilə çıxmaq istiqamətindən silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilməyə başlanılıb.


“Koronavirus pandemiyasına qarşı kompleks silsilə xarakteri daşıyan tədbirlər planı həm virusun ölkəmizdə geniş yayılmasının qarşısını alaraq nəzartədə saxlaması, lazımi tibbi avadanlıqların və laborator cihazların, tibbi ləvazimatların alınması, həm vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasına, həm koornavirusun ölkə iqtisadiyyatına təsirləri, həm bu müddət ərzində həssas sosial təbəqənin sosial müdafiəsinin təmin edilməsi, yaşlı insanlarımıza qarşı xüsusi qayğının göstərilməsi, işsiz qalan insanlarımızın sosial təminatı və sair istiqamətdə zamanında addımlar atılıb və bunlar həyata keçirilərək, real həyatda tətbiq olunmaqdadır. Məhz görülən bu tədbirlər nəticəsində ölkəmizdə koronavirus pandemiyasını nəzarətdə saxlamaq mümkün olub. Nəinki nəzarətdə saxlamaq olub, pandemiyaya qarşı mübarizədə Azərbaycan dünyanın ən öncül ölkələrindən biridir”- deputat bildirib.

 

A.Badamov bildirib ki, bu gün ölkəyə gətirilən tibbi test laborator avadanlıqların gətirilməsi nəticəsində 53 mindən artıq insanda koronavirus infeksiyasının analizini aparmaq mümkün olub. Hansı ki, koronavirus pandemiyasına qarşı belə bir effektiv mübarizə hətta səhiyyə sistemi inkişaf etmiş bir çox ölkələrdə tətbiq etmək mümkün olmayıb. Həmin ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə çox aciz durumda qalıblar. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.  Bir daha qeyd etmək istərdim ki, bu uğurlar ancaq və ancaq cənab Prezident və Birinci vitse-prezidentin zamanında məsələyə müdaxilə etməsi, onların səyləri nəticəsində mümkün olub. Bu gün əsas vəzifələrdən biri hər bir ölkə daha çox vətəndaşını müayinədən keçirməklə virusun yayılma arealını öyrənib, buna uyğun tədbirlər görməyə çalışır. Azərbaycanda bu istiqamətdə işlər getməkdədir. Aprelin 7-nə olan məlumata görə, bu günə kimi 53300 adam  koronavirus test laborator analizindən keçib ki, bu da Azərbaycan əhalisinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Əhali sayına görə müayindən keçmə sayına görə Azərbaycan nəinki MDB və Cənubi Qafqazda birinci yerdədir, o cümlədən və bir çox Avropa ölkələrini qabaqdadır.


Onu da qeyd edim ki, müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikası daha da  artacaq.  Bütün bu və digər atılan adımlar Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir”- deputat bildirib.


Deputat onu da əlavə edib ki, bundan fərqli olaraq qonşu ölkələrdə vəziyyət elə də qaneedici səviyyədə deyil:


“Məsələn, Ermənistanda koronavirusa əhalinin sayına görə digər ölkələrə müqayisədə çoxdur. Say çox ola bilər. Burada əsas məsələ pandemiyaya qarşı effektli mübarizənin təşkilindən gedir ki, Ermənistan rəhbərliyi bunu edə bilmir və bacarmır. Ermənistan koronavirus infeksiyasının diaqnostikasına görə, dünyada ən geridə qalan ölkələrdən biridir. Bu günə kimi Ermənistanda cəmi 4 929 nəfər  laborator testdən keçib. Bu rəqəm  Azərbaycanla müqayisədə 10 dəfədən də azdır. 


Azərbaycan istər xaricdə olan vətəndaşlarının təxliyyə edilməsi, istər onları hər cür komfort olan xəstəxana və turizm obyektlərində, otellərdə yerləşdirməsi, istərsə vətəndaşının hərtərəfli sosial müdafiəsi baxımından Ermənistandan çox-çox irəlidir. Bu heç müqayisə ediləsi səviyyədə deyil. Bu bir daha Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə tətbiq etdiyi taktika və təcrübə  dünyadakı qüdrətinin, həmçinin vətəndaşının necə qayğısına qalmasının, onun təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə olan münasibətinin bariz formada  göstəricisidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top