“Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı — Qətl işi

KRİMİNAL 08 apr 2020, 15:44

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

 

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

 

İttihama görə, bu ilin yanvarın 1-də Nərimanov rayonu ərazisində “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.

 

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, "Aristokrat" klinikanın sahibinin oğlu, 31 yaşlı Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

 

Görülmüş tədbirlərlə Həsən Rəhimli tutulub.

 

Istintaq orqanı tərəfindən Həsən Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top