Azərbaycana narkotik daşıyan İran vətəndaşları cəzalandırıldı — HÖKM

KRİMİNAL 08 apr 2020, 12:45

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Jahanshahi Tapeh Bahador Aslan oğlu və Jahanshahi Tapeh Bahador Aslan oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az xəbər verir ki, Jahanshahi Ali Tarahhom oğlu və Jahanshahi Tapeh Bahador Aslan oğlu şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd olunan maddələrin İrandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirək barədə 2018-ci ilin may ayının sonlarında razılığa gəliblər.


Bu məqsədlə Ali Jahanshahi 2018-ci ilin avqust ayının əvvəllərində İranın Ərdəbil şəhərinə gedib və cinayətkar qrupun məlum olmayan üzvündən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – 255,405 qram narkotik vasitə heroini aşkar edilməsini çətinləşdirmək üçün hər birində 53,536 qram, 51,933 qram, 49,667 qram, 50,117 qram və 50,152 qram olmaqla beşədəd bükümdə qablaşdırıb, düz bağırsağına yerləşdirib.


Daha sonra o, avqustun 7-də, saat 16 radələrində İrandan Azərbaycan Respublikasına daşıyıb və Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük idarəsinin sərnişin şöbəsindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.


İstintaq orqanı tərəfindən Jahanshahi Tapeh Bahador Aslan oğlu və Jahanshahi Tapeh Bahador Aslan oğlunun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək),  234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. onlar barələrində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.


Hər ikitəqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Jahanshahi Tapeh Bahador Aslan oğlunun apelyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 8 il 6 aya endirilib.


Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top