İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə nazirlikdən REAKSİYA

İQTİSADİYYAT 08 apr 2020, 10:33

İqtisadiyyat Nazirliyi sahibkarlar tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi hallarına münasibət bildirib.


Demokrat.az xəbər verir ki, bu barədə nazir müavini Sahib Məmmədov İctimai TV-nin efirində qonaq olan zaman danışıb.


Bildirib ki, iqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq:


“Təbii ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır. İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli “qaynar xətt”i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq”. (“Qafqazinfo”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top