Xaçmaz sakini yetkinlik yaşına çatmayan qıza təcavüz etdi — ŞOK CİNAYƏT

KRİMİNAL 07 apr 2020, 14:38

Xaçmaz rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan şəxs həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini Babayev İlkin Vəzir oğluna qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.


İttihama görə, İlkin Babayev yetkinlik yaşına çatmayan bir qızla tanış olub.


Daha sonra o, həmin qıza qarşı seksual xarakterli hərəkətlər edib.


Xaçmaz rayon Məhkəməsinin qərarı ilə İlkin Babayevin barəsində həbs qətimkan tədbiri seçilib.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top