Hövsanda sürücü polisdən qaçmaq istədi, yaxalandı — FOTOLAR

HADİSƏ 07 apr 2020, 10:35

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. 


DİN-nin Demokrat.az-a verdiyi məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib. 


Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zerynallının saxlanılması qısa zamanda təmin edilib. 


O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli  bilinərək məhkəmənin qərarı ilə inzibati  qaydada  həbs  edilibr. 


Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top