Bakıda kriminal avtoritetin qətli ilə bağlı istintaq başa çatdı

KRİMİNAL 07 apr 2020, 10:44

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.


İttihama görə, ötən il mayın 10-da Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərov öldürülüb.


Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər.


Emin Səfərovun bədənində 78 bıçaq xəsarəti aşkar olunub.


Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti münaqişə zəminində törətməkdə təqsirli bilinən Zaur Yusifov və Həsən Tağıyev həbs edilib.


İstintaq araşdırması zamanı məlum olub ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.


Qeyd edək ki,  kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlinin sifarişçisi, qətlin icraçısı isə Həsən Tağıyev olub.


Zaur Yusifov sələmə pul verməklə məşğul olub. Elə hadisənin törədilməsində səbəb də sələmə pul vermək üstündə yaranıb. Hadisədən əvvəl Emin Səfərov Zaur Yusifovdan hadisədən əvvəl Emindən sələmə pul verməyi dayandırmasını tələb edib.


Bu mübahisə sonda dəhşətli qətlin baş verməsi ilə nəticələnib.


İstintaq orqanı tərəfindən Zaur Yusifov və Həsən Tağıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top