Gəncədə ruhi xəstə itkin düşdü — FOTO

HADİSƏ 07 apr 2020, 10:51

Gəncədə itkin düşən şəxs axtarılır.


Demokrat.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.


Bildirilib ki, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu  il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.


E.Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, 022-266-33-75  şəhər və (055) 687-13-73  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top