Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü

DÜNYA 06 apr 2020, 22:47

Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.


Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.


"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top