"Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!" — RƏSMİ

İQTİSADİYYAT 06 apr 2020, 20:23

Son günlər kütləvi informasiya vasitələrində Azərbaycanda əhalinin unla təchizatında çətinliklərin olduğu barədə məlumatlar yayımlanıb.


Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiyasıyasının sədri Taleh Qasımov Modern.az-a bildirib ki, bu cür məlumatlar tam əsassızdır.


“Ölkəmizin un təlabatı 100 faiz daxili istehsal hesabına ödənilir. Hazırda Asssosiyasiya üzv olan iri un istehsalı dəyirmanlarında gündəlik olaraq un istehsalı həyata keçirilir, Bakı və respublikanın regionlarına satılır, habelə unların satış qiymərində heç bir artım yoxdur. Un istehsalı üçün anbarlarımızda kifayət qədər ərzaqlıq buğda mövcuddur və bundan sonra da əhalimizin un təchizatında hər hansı çətinliklər gözlənilmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top