SMS tətbiqindən sonra Bakı küçələrində vəziyyət — VİDEO

SOSİAL 06 apr 2020, 10:51

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq nəzərdə tutulan tədbirlər icra olunur.


Demokrat.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbçiləri karantin rejiminə nəzarət edirlər.


Qeyd edək ki, DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.


Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.(BAKU.WS)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top