Bakıda bağ evindən külli miqdarda oğurluq edildi

KRİMİNAL 06 apr 2020, 10:12

Bakıda bağ evindən 14 min manatlıq dəmir oğurlanıb.


Demokrat.az-ın məlumatına görə, Bakı şəhər sakininin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evindən hasardan keçmək yolu ilə 14 min manatlıq dəmiri, beş su nasosu və iki ədəd qaynaq aparatı oğurlanıb.


Xəzər rayon Polis İdarəsi və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdlü T.Ələkbərov saxlanılıb.


Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top