Ülvi Quliyev: "Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!" — VİDEO

SOSİAL 06 apr 2020, 09:33

"Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!"

 

Demokrat.az xəbər verir ki, bu fikirləri sosial aksiyaya qoşulan Milli Məclisin deputatı Ülvi Quliyev özünün "facebook" hesabında yazıb.


Millət vəkilinin paylaşdığı videoçarxda bu sözlər deyilir:


"Səbr elə, Azərbaycan! Yenə küçələr, parklar, şəhərimiz canlanacaq. Yenə hər kəs işinin başında olacaq. Bayrağımız başımızın üstündə dalğalanacaq, yenə bütün dünya ölkəmizə toplaşacaq. Çün ki biz Azərbaycanıq. Doğmalarımızla bu günlərdə yan-yana gələ bilməsək də, onlarla eyni səma altında olduğumuzu düşünərək, sayılı günlərə səbr edək. Bütün gözəllikləri sevdiklərimizlə birlikdə yaşamaq, əzizlərimizə qovuşmaq üçün bir müddət daha evlərimizdə qalaq".


#evlərimizdəqalaq
#bizbirlikdəgüclüyük     


 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top