Pərviz "Survivor" yarışını tərk edə bilər — ŞOK OLAY (VİDEO)

ŞOU-BİZNES 06 apr 2020, 08:28

"Survivor 2020" yarışmasında bu dəfə "Məşhurlar" komandası "Toxunulmazlıq" adlı oyunu uduzub. 

 

Demokrat.az xəbər verir ki, TV8-də yayımlanan verilişdə komandalar gərgin oyunda bir-birlərinə qarşı mübarizə aparıb. 

 

3 həftədir "Toxunulmazlıq" oyununu udan "Məşhurlar" bu dəfə məğlub olub. 

 

Nəticədə konseyə gedən "Məşhurlar"dan birini adı yazılmalı idi. Maraqlısı ondadır ki, konsey günü ən çox adı yazılan iştirakçılar arasında Pərvizin də adı olub. Bu vəziyyət isə bütün tamaşaçıları, o cümlədən Pərvizi şoka salıb. 

 

Deməyə söz tapa bilməyən Pərvizə getməsi üçün 4 qız iştirakçı səs verib. Digər səs toplayan iştirakçı isə Ezgi olub. 

 

Həftənin 2-ci günü (7 aprel) daha iki nəfərin adı müəyyənləşdiriləcək və onlardan biri adanı tərk edəcək. 

 

Hazırda Pərviz və Ezginin adı gedəcəklər sırasındadır. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top