Hüquqşünas: “Əli Həsənovun pul kisəsi olan birisinin rahat getməsi yolverilməzdir”

GÜNDƏM 05 apr 2020, 23:47

“Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib. Bəli, bu çox yaxşı addımdır”.


Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.


A.İsmayılov qeyd edib ki, uzun illər Azərbaycan mətbuatını məhv edən, ondan “reket dəstəsi” düzəldib insanları terror etdirən, əxlaqsızlıq tirajlayan, büdcənin milyonlarını talayan, şəhid ailələri, müharibə əlilləri kirayədə yaşadıqları zamanda dövlət hesabına həyasız, reket jurnalistləri rüşvət müqabilində evlə təmin edən, Əli Həsənovun pul kisəsi olan birisinin beləcə rahat getməsi yolverilməzdir: 

 


“500-1000 manata görə müəllimlər, həkimlər, biznes adamları haqqında cinayət işi başlayıb istintaq aparan Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsinin əsl işi belələri ilə olmalıdır ki, büdcədən oğurlanmış yüz milyonları sahibinə qaytarsın. Bu tipin də aid olduğu cinayətkar dəstəni ifşa etsin. Bu edilməyəcəksə, bu sərəncam sadəcə oğurlanmış milyonların üstünü örtməkdir”.(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top