Karantinə alındığı deyilən 80 yaşlı deputatla bağlı açıqlama: "Özünü 15 yaşlı oğlan kimi hiss edir..."

GÜNDƏM 05 apr 2020, 23:13

23 saylı Nəsimi-Səbail seçki dairəsinin deputatı Ziyad Səmədzadə özünü 15 yaşlı oğlan kimi hiss edir. 


Demokrat.az xəbər verir ki, bu barədə deputatın köməkçisi Firuzəxanım Qəribova yenidən Aztimes.az-a məlumat verib.


Qeyd edək ki, deputatın köməkçisi ona müraciət edən jurnalistə bildirmişdi ki, Ziyad Səmədzadə hazırda karantindədir.


Jurnalistlə yenidən əlaqə saxlayan Firuzəxanım Qəribova:


“Ziyad müəllimin səhhəti yerindədir. Heç bir narahatlığı yoxdur. Həmçinin o, şəxsən karantinə alınmayıb, sadəcə olaraq bütün ölkə #evdəqal kampaniyasına qoşulub, eləcə də Ziyad Səmədzadə.”-deyə qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top