Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatdı

HADİSƏ 05 apr 2020, 23:53

Türkiyədə koronavirusa yoluxma bir gün ərzində daha 3 min artıb.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.


O, qeyd edib ki, ölkədə koronavirus xəstələrinin sayı 23 934-dən 27 069-a yüksəlib. 


Nazirin sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 501-dən 574 nəfərə çatıb.


"Bu gün 20 065 test keçirilib, 3 135 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 27 069 nəfərdir. Bu gün biz daha 73 pasiyent itirdik, ümumilikdə 574 ölü. Bu gün daha 256 pasiyent sağaldı, ümumi say 1 042 nəfərdir", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top