Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”

DÜNYA 05 apr 2020, 23:27

Türkiyənin daha çox seriallardan tanınan aktrisası Cansın Çekili bir neçə gündür koronavirusa yoluxma səbəbi ilə karantindədir.

 

“Milliyet”in məlumatına görə, aktrisa artıq yaxşılaşmaq üzrədir. 


O, özünün sosial media hesabında bu barədə məlumat verib və tamaşaçılarını özlərini qorumağa səsləyib:
 

“Müalicəm davam edir. İnanın ki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta bir evdə yaşadığınız insanlarla da qoruyun.  Həqiqətən, bu, çox vacibdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top