Azərbaycanda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı ağır xəsarət aldı — FOTOLAR

HADİSƏ 06 apr 2020, 00:20

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.

 

Demokrat.az-ın xəbərinə görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

 
Belə ki, sürücü  1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. 


Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü  Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 


F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 


Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top