Gəncədə kişi arvadını benzinlə yandırdı — FOTOLAR

KRİMİNAL 05 apr 2020, 16:43

Gəncədə qadın yanıq xəsarətləri alıb.


Demokrat.az xəbər verir ki, hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.


1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.


Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.


Faktla bağlı araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top