İstanbulda motosiklet sürücüsü avtoxuliqanlıq edərkən görüntülənib.
Demokrat.az xəbər verir ki, Sultanqazi adlanan yerdə üzərində iki nəfər olan motosiklet bir təkər üzərində hərəkət edib. Tarazlığını itirən sürücü və sərnişin hərəkət halında olan avtobusun altında qalmaqdan son anda xilas olub.
Həmin anlar mobil telefon vasitəsilə lentə alınıb.(unikal.org)