Keçmiş məhkumu öldürüb yol kənarına atdılar

KRİMİNAL 05 apr 2020, 13:54

Tovuzda yol kənarında kişi meyiti tapılıb. 


Demokrat.az xəbər verir ki, meyit aprelin 5-də səhər saatlarında aşkarlanıb. 


Əhməd Cavad küçəsində aşkarlanan meyit 1991-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğluna aiddir. İlkin araşdırma nəticəsində qətlin aprelin 4-nə keçən gecə törədildiyi məlum olub. 


Ölən şəxsin bədənində iki bıçaq yarası aşkarlanıb. O da məlumdur ki, E. Mehdiyev əvvəllər dəfələrlə oğurluq və avtomobil qaçırılmasına görə məhkum edilib.  


Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam etdirirlir. 


Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. 


Cinayətin motivi hələlik bəlli deyil.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top