Tənha və xüsusi qayğıya ehtiyacı olan 64 min nəfərə xidmət göstəriləcək

SOSİAL 04 apr 2020, 23:10

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aprel-may aylarında yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlər və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstəriləcək.


Demokrat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 


Sənədə əsasən, bu tədbirlər ümumilikdə 14 min nəfəri əhatə edəcək. Tədbirin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top