"Başlıca məsələ vətəndaşlarımızın məsuliyyətli olmasındadır" — Elnur Niftəliyev

SOSİAL 04 apr 2020, 20:23

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bu gün ASAN Radio-nun canlı efirində dinləyicilərin suallarını cavablandıran zaman bildirib ki, "başlıca məsələ vətəndaşlarımızın məsuliyyətli olmasındadır".


"Hər kəs sabahdan başlayacaq SMS-li icazəyə məsuliyyətli yanaşmalıdır. SMS-ləri göndərərkən fikirləşməlidir ki, mənim sadəcə cəhd üçün göndərdiyim SMS hansısa bir zəruri ehtiyacı olan vətəndaşın bu hüquqdan istifadə etmək müddətini uzada bilər. Zarafat və ya qeyri-ciddi SMS yazanlar haqda ciddi ölçü götürüləcək. Daha dəqiq desək, SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.", - deyə o, əlavə edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top