Partiya sədrinin müavini “Eurohome”a səsləndi: “Vətəndaşları dövlətdən narazı salmayın” — VİDEO

SOSİAL 04 apr 2020, 19:02

Ölkədə koronavirusla əlaqədar yaranan çətin vəziyyətdə "EuroHome” tikinti materialları bazarında satıcılardan icarə haqqı tələb olunur, onlara güzəşt edilmir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov məlumat verib.

 

A.Abdulkərimov bildirib ki, icarədarları incitmək yolverilməzdir: “Belə olmaz, istəyirlər ki, vətəndaşlar ayağa qalxsın? Vətəndaşları dövlətdən narazı salmaq olmaz. "EuroHome”un sahibi kifayət qədər imkanlı şəxsdir. Bəli, deyə bilər ki, Koronavirusla Mübarizə Dəstək Fonduna yardım edib, bu yetərli deyil. O milyonlar harada qazanılıb? Bu dövlətdə...”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top