Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində — FOTO

SOSİAL 04 apr 2020, 14:54

Prezident İl­ham Əliyevin tapşırığına əsasən, Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub.


Bu barədə Demokrat.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.


Qeyd olunub ki, DSX rəisi Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.


Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. 


Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top