Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı

HADİSƏ 04 apr 2020, 14:41

Bakının Yasamal rayonu Talıblı küçəsində kişi özünü doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşən pilləkən meydançasından ataraq intihar edib.


Demokrat.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.


Hadisə aprelin 3-ü, saat 14:15 radələrində baş verib. İntihar edənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Onun zahiri görünüşü 50-60 yaşlarındakı kişini xatırladır.


İlkin məlumatlara görə, kişi intihar etdiyi evdə yaşamayıb.


Faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top